“Qarabağ” Çempionlar Liqasında oynayan ilk Azərbaycan klubu oldu

“Qarabağ” Çempionlar Liqasında oynayan ilk Azərbaycan klubu oldu
24 Avqust 2017
Mətni dəyiş

Bu gün UEFA Çempionlar Liqasının pley-off mərhələsində Ağdamın “Qarabağ” klubu həlledici matça çıxıb.

Qurban Qurbanovun komandası səfərdə Danimarkanın “Kopenhagen” klubu ilə qarşılaşıb.

Matç “Kopenhagen”in 2:1 hesablı qələbəsi ilə başa çatıb. İki oyunun nəticəsi bərabər olsa da, rəqib meydanda vurulan top hesabına “Qarabağ” növbəti mərhələyə adlayıb.

Danimarka təmsilçisi ilə Bakıdakı görüş Qurban Qurbanovun yetirmələrinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.

“Qarabağ” Çempionlar Liqasının qrup mərhələsinə yüksələn ilk Azərbaycan klubu olub.

UEFA Çempionlar Liqası

Pley-off mərhələsi

23 avqust

“Kopenhagen” (Danimarka) - “Qarabağ” (Azərbaycan) - 2:1

Qollar: Santander, 45, Pavloviç, 66 - Dino, 63

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun