Prezidentin köməçisini hakim ailə ilə bağlı necə 'trollayıblar'? [Video]

Prezidentin köməçisini hakim ailə ilə bağlı necə 'trollayıblar'? [Video]
1 Avqust 2017
Mətni dəyiş

İyulun 31-də Azərbaycanın bir sıra xəbər saytları İsrail mətbuatına istinadən"Əliyevlər ailəsi Hayfada villa alıb, İsrailə 600 milyon dollar sərmayə qoyub" sərlöhfəli məqalə dərc etdilər. 

Abzas.net xəbər verir ki, məlumatda Azərbaycanın prezident ailəsinin İsrailin Hayfa şəhərində villa aldığı və həmin ölkənin birjasına 600 milyon dollar sərmayə qoyduqları iddia olunur.

Avqustun 1-də İsrailin Azərbaycandakı səfirliyi "Haaretz” qəzeti adından Azərbaycanla bağlı yazının dərc olunması və həmin məqalədə turizm naziri Yariv Levinin səsləndirdiyi xəbərinin yalan olduğunu açıqlayıb.

Səfirlik bildirib ki, bu cür məqalə İsrail mətbuatında dərc olunmayıb, Nazir Yeriv Levin isə məqalədə qeyd olunduğu sözləri heç vaxt deməyib.

Həmçinin, Azərbaycan prezidentinin xarici siyasət məsələləri üzrə köməkçisi Novruz Məmmədov yayılan məlumatın həqiqətə uyğun olmadığını açıqlayıb.

Məlumat necə və hardan yayılıb?

Meydan TV-də yayımlanan xəbərə görə, erməni xakerlər İsrailin məhşur “Haaretz" internet qəzetinə bənzər domen alıb və adı çəkilən məqaləni həmin domendə yerləşdiriblər. Original domenlə, məlumatın yayıldığı domen arasında bir oxşar hərf fərqi olub və bir çox insanın diqqətini çəkməyib.

Azərbaycan prezidentinin köməkçisi Novruz Məmmədov da internet saytının etibarlılığı, populyarlığı yoxlanmadan ictimayyətə açıqlama verib ki, bu xəbər böhtandır, belə hadisə baş verməyib. Yəni bir növ xəbərin tirajlanmasında rol oynayıb.

Azərbaycanın bir neçə mətbuat orqanı da məlumata rəsmi münasibət bildirildiyindən, yayımlayıblar.

Saxta məlumatı guya jurnalist Barak Ravid yazıbmış, o da twitterdə xəbərin yalan olduğunu açıqlayıb. https://www.youtube.com/watch?v=HloCgrobjg4&t=1s

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun