Fransanın “Paris Sent-Germain” (PSG) klubu Braziliya yığmasının hücumçusu Neymarla 5 illik müqavilə bağlayıb.
Abzas.net xəbər verir ki, bu barədə klubun Mətbuat xidməti məlumat verib.
Neymar "PSG" ilə 5 illik müqavilə imzalayıb. Bu müddətdə braziliyalı super ulduz ilinə 30 milyon avro alacaq. Bundan əlavə 20-70 milyon arası müqavilə bonusu nəzərdə tutulub.
"Barselona" Neymarın transferinə görə 222 milyon avro qazanıb. Bununla da Neymar futbol tarixinin hələ ki, ən bahalı transferi statusuna yiyələnib.
"PSG" 5-ci gün onu jurnalistlərə, şənbə günü isə azarkeşlərə təqdim edəcək. Və o, elə şənbə günü Fransa çempionatının birinci turu çərçivəsində baş tutacaq "PSG" - "Amyen" qarşılaşmasında iştirak edə biləcək.