Bakıda “Mercedes-Gelandawagen” markalı avtomobil ilə qəza törətmiş Nail Allahverdiyev Bakı İstintaq Təcridxanasına köçürülüb. Bu barədə Report-a onun vəkili məlumat verib.
Vəkilin sözlərinə görə, N.Allahverdiyevin səhhəti hazırda normaldır: "Yanıqlar çox da ciddi deyil. Məhkəmə qərarından apellyasiya şikayəti vermək barədə isə hələ qərar verməmişik. Bizim üç gün vaxtımız var".
XatırlatmaƏli Həsənovun nəvəsi, Elçin Quliyevin kürəkəni olan Nail Allahverdiyev Aavqustun 3-də Heydər Əliyev prospektində “Mercedes-Gelandawagen” markalı avtomobillə iki nəfərin ölümü və iki nəfərin müxtəlif dərəcəli bədən xəsarətləri alması ilə nəticələnən ağır yol qəzasını törətməkdə ittiham edilir.
1994-cü il təvəllüdlü Nail Elman oğlu Allahverdiyevin barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Rəsmi məlumata görə, həmin qəzada yüksək sürətlə avtoxuliqanlıq hərəkətləri törətməklə ictimai asayişi kobud şəkildə pozan “Mazda” markalı avtomobilin 1995-ci il təvəllüdlü sürücüsü Mirməhəmməd Əlövsət oğlu İsmayılov da 1 ay müddətinə inzibati qaydada həbs olunub.