Moody's Azərbaycan hökumətinin emitent və təminatsız borc reytinqini "Ba1" səviyyəsindən "Ba2" səviyyəsinə endirib. Reytinqin proqnozu "stabil"dir.
Moody's həmçinin "Cənub Qaz Dəhlizi" Qapalı Səhmdar Cəmiyyətinin təminatsız borc reytinqini "Ba1" səviyyəsindən "Ba2" səviyyəsinə endirib.
Reytinqlərin azaldılması Azərbaycanın fiskal və iqtisadi gücünün zəifləməsini əks etdirir. Neftin aşağı qiymətləri aşağı olması, istehsalın azalması, bank sisteminin çox zəif olması iqtisadi artımı məhdudlaşdırır.
Eyni zamanda dövlət borcu çox yüksək səviyyədədir. Bütün bunlar ölkənin borclarını geri qaytarmamaq risklərini artırır.
Əhəmiyyətli kredit riski səviyyəsi
Moody's Uzunmüddətli Korporativ Öhdəliyi Reytinqinin ikinci səviyyəsi olan "Ba2" borcun "əhəmiyyətli kredit riski"nə məruz qala biləcəyini əks etdirir. Riskli öhdəliklər spekulyativdir.