"Kanal 13"-ün rəhbərinin həbs müddəti 3 ay uzadıldı

"Kanal 13"-ün rəhbərinin  həbs müddəti 3 ay uzadıldı
29 Avqust 2017
Mətni dəyiş

Nəsimi Rayon Məhkəməsi “Kanal 13” internet kanalının Bakı bürosunun rəhbəri Əziz Orucovun həbs müddətini daha 3 ay uzadıb.

Abzas.net xəbər verir ki, bu barədə vəkil Elçin Sadıqov məlumat verib. O, qərardan apellyasiya şikayəti verəcəyini bildirib.

"Həbs müddəti dekabrın 17-dək uzadıldı. İstintaq orqanı həbs qətimkan tədbirinin uzadılması ilə bağlı məhkəməyə hər hansı bir sübut təqdim etmədi. Əziz Orucov məhkəmədə çıxış edərək istintaq orqanına etiraz etdi. O bildirdi ki, həbsdə olmasına, ümumiyyətlə, əsas yoxdur", - vəkil açıqlamasında bildirib.

Xatırlatma

Əziz Orucova mayın 2-də Nəsimi Rayon Məhkəməsinin qərarı ilə 30 sutka inzibatı həbs cəzası verilib. O, İnzibati Xətalar Məcəlləsinin 535.1-ci (polisə müqavimət) maddəsi ilə ittiham edilib.

Daha sonra, iyunun 1-də, Əziz Orucovun azadlığa çıxmalı olduğu gün, ona qarşı Cinayət Məcəlləsinin 192-ci (qanunsuz sahibkarlıq və külli miqdarda gəlir əldə etmə) və 308-ci (vəzifə saxtakarlığı ağır nəticələrinə səbəb olması) maddəsi açılıb.

Nəsimi Rayon Məhkəməsində Əziz Orucov haqda 4 aylıq həbs-qətimkan tədbnirinin seçilməsi barədə vəsatət verilib.

Jurnalist ittihamları qəbul etmir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun