ABŞ-ın Kaliforniya Universitetinin professoru Qreqor Okin əmindir ki, itlər və pişikər dünya ekologiyasına ən azı insan qədər zərər vururlar.
"Report" xəbər verir ki, alim araşdırmasını "PLoS One" jurnalında dərc edib.
Araşdırmada deyilir ki, ABŞ-da 163 milyon it və pişik yaşayır. Onlar Amerika əhalisinin beşdə biri qədər qida qəbul edirlər. Bu heyvanlar üçün qida hazırlanması üçün külli miqdarda ət, elektrik enerjisi və su sərf olunur. Qida hazırlayan müəssisələr kənd təsərrüfatı məhsulları becərilən sahələrdən daha çox ərazi zəbt edir. Bu müəssisələr hər il atmosferə 64 milyon ton zəhərli qaz buraxır.