İran OPEC qarşısında götürdüyü öhdəliyə əməl edib

İran OPEC qarşısında götürdüyü öhdəliyə əməl edib
23 Avqust 2017
Mətni dəyiş

İranın neft nazirinin müavini Əli Kardor ölkənin xam neft hasilatı və ixracının həcmi ilə bağlı son statistik məlumatları açıqlayıb.

“APA-Economics”in Neft-qaz İnformasiyası Agentliyinə istinadən verdiyi məlumata görə, İran OPEC qarşısında götürdüyü öhdəliyi yerinə yetirib.

“İran neft hasilatı ilə bağlı Neft İxrac Edən Ölkələr Təşkilatı qarşısında götürdüyü öhdəliyə sadiqdir, - deyə Ə. Kardor bildirib. Onun sözlərinə görə, son statistik məlumatlara əsasən, İranın xam neft istehsalı gündəlik olaraq 3,95 mln. barelə bərabər olub”.

O qeyd edib ki, İran hazırda gündəlik olaraq 2,2 mln. barel xam neft ixrac edir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun