AXCP Yasamal Rayon şöbəsinin fəalı, bloqer Üzeyir Abbasov polislər tərəfindən saxlanılıb.
Abzas.netə bu barədə partiyadan məlumat veriblər. Məlumata görə, Üzeyir Abbasov özü bu barədə partiyanı məlumatlandırıb. O, Yasamal Rayonu Alatava yaşayış massivində yerləşən ata evində olarkən, polislər gələrək ondan gəlməsini tələb ediblər. Üzeyir Abbasovun hansı polis bölməsində saxlanılmağı ilə bağlı heç bir məlumat yoxdur. Partiyadan onu da əlavə ediblər ki, Üzeyir Abbasov bu yaxınlarda iki çox ağır cərrahiyyə əməliyyatı keçirib. Onun başında şiş var. O sosial şəbəkələrdə yaydığı videolara görə bu təzyiqlə üzləşib.