Hökumət SOCAR-ı iflasdan xilas edə biləcəkmi?

Hökumət SOCAR-ı iflasdan xilas edə biləcəkmi?
24 Avqust 2017
Mətni dəyiş

Bu gün "Moody's Investors Service" (Moody's), istiqrazlar daxil milyardlarla borcu olan SOCAR-ın reytinqini "Ba1" səviyyəsindən "Ba2" səviyyəsinə endirib.

Bu barədə "Moody's"-ın press relizində deyilir.

Moody's-ın Uzunmüddətli Korporativ Öhdəliyi Reytinqinin ikinci səviyyəsi olan "Ba2" borcun "əhəmiyyətli riskə" məruz qala biləcəyini əks etdirir. Riskli öhdəliklər spekulyativdir. Yəni, SOCAR borclarını qaytara bilməyə bilər.

Əhəmiyyətli kredit riski səviyyəsi

Reytinqlərin azaldılması Azərbaycanın  fiskal və iqtisadi gücünün zəifləməsini əks etdirir. Neft qiymətlərinin aşağı olması, istehsalın azalması, bank sisteminin zəif  qalması iqtisadi artımı məhdudlaşdırır.

Eyni zamanda dövlət borcu çox yüksək səviyyədədir. Bütün bunlar hökumətin SOCAR-a kömək edə bilməyəcəyi ehtimalını artırır.

Bundan əvvəl Moody's, Azərbaycan hökumətinin və "Cənub Qaz Dəhlizi" QSC-nin  reytinqini "Ba1" səviyyəsindən "Ba2" səviyyəsinə endirmişdi.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun