Gürcüstanın təhsil naziri "hər şagirdə bir alma" kampaniyasına başlayır

Gürcüstanın təhsil naziri "hər şagirdə bir alma" kampaniyasına başlayır
15 Avqust 2017
Mətni dəyiş

Gürcüstan Təhsil Nazirliyi məktəblərdə alma paylayacaq.

Abzas.net xəbər verir ki, bu barədə təhsil naziri Alexander Jejelava məlumat verib.

Nazir bildirib ki, kampaniya payızda, 1000 nəfərdən daha çox şagirdi olan məktəblərdə başlayacaq.

"Interpressnews" agentliyinin məlumatına görə, almalar həftədə bir dəfə paylanılacaq. Hər şagirdə bir alma veriləcək. Belə şagirdlərin ümumi sayı təxminən 40-60 min nəfər təşkil edəcək.

"Bu çətin və bahalı layihədir. Digər tərəfdən bizi heç bir çətinlik və bahaçılıq fikrimizdən daşındıra bilməz. Bu layihənin məqsədi ondan ibarətdir ki, tənəffüsdə uşaq alma yesin. Alma çox faydalı məhsuldur" - Jejelava bildirib.

Bundan əlavə, nazirlik, uşaqlarına nahar üçün alma verilməsini valideynlər arasında təşviq etmək niyyətindədir.

Ümumilikdə bu layihənin məqsədi, sağlam həyat tərzini və sağlam qidalanmanı populyarlaşdırmaqdan ibarətdir. Buna görə də, artıq sentyabr ayından etibarən məktəb yeməkxanalarında "ziyanlı yeməklərin" (tərkibində böyük miqdarda yağ, şəkər və duz olan, eləcə də qazlı məhsullar) satışı dayandırılacaq.

"Məktəb yeməkxanalarında əsasən meyvə və tərəvəz məhsulları olacaq" - deyə, nazir vurğulayıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun