Bu ilin yanvar-iyun ayları ərzində dünyanın 139 ölkəsindən 1203,7 min əcnəbi və vətəndaşlığı olmayan şəxs Azərbaycana gəlib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 24,5 faiz çoxdur.
Məlumatına görə, gələnlərin 31,2 faizi Rusiya Federasiyası, 21,2 faizi Gürcüstan, 15,0 faizi İran, 11,6 faizi Türkiyə, 3,7 faizi Birləşmiş Ərəb Əmirlikləri, 2,3 faizi Ukrayna, 14,9 faizi digər ölkələrin vətəndaşları, 0,1 faizi isə vətəndaşlığı olmayan şəxslər olub.
Körfəz ölkələrindən gələnlərin sayının daha çox olması bu dövrdə ölkəmizə gəlmiş xarici ölkə vətəndaşlarının sayının artmasına təsir edən əsas amil olub. Belə ki, Oman vətəndaşlarının sayı 16,0 dəfə, Küveyt vətəndaşlarının sayı 8,7 dəfə, Səudiyyə Ərəbistanı vətəndaşlarının sayı 6,0 dəfə, Qətər vətəndaşlarının sayı 6,0 dəfə, Birləşmiş Ərəb Əmirlikləri vətəndaşlarının sayı 4,4 dəfə, Bəhreyn vətəndaşlarının sayı 3,5 dəfə, İran vətəndaşlarının sayı 1,9 dəfə, İraq vətəndaşlarının sayı 1,8 dəfə artıb. Bu dövrdə Körfəz ölkələrindən ümumilikdə 263,5 min nəfər gəlib və Azərbaycana səfər etmişlərin ümumi sayında onların xüsusi çəkisi 21,8 faiz təşkil edib.
Cari ilin yanvar-iyun ayları ərzində Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 14,8 faiz artaraq 51,2 min, MDB ölkələrindən gələnlərin sayı 17,7 faiz artaraq 438,3 min olub.
Azәrbaycana 5 ayda gәlәn turist qәdәr 1 ayda Gürcüstana gedib
2017-ci ilin yanvar-iyun aylarında ölkəmizə gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslər səfər zamanı daha çox yerüstü yol nəqliyyatından istifadə ediblər. Belə ki, bu nəqliyyat növündən istifadə edənlərin ümumi yekunda xüsusi çəkisi 51,9 faiz, hava nəqliyyatından istifadə edənlərin 47,6 faiz, su nəqliyyatından istifadə edənlərin xüsusi çəkisi isə 0,5 faiz olub.
Gürcüstanın Turizm Administrasiyasının məlumatına görə, iyul ayında ölkəyə 982 min əcnəbi gəlib. Bu da 2016-cı ilin iyul ayından 28,5% çoxdur. Bu müddət ərzində Gürcüstana gedən əcnəbilər arasında ilk yeri Rusiya vətəndaşları (219 min) tutur, növbəti yerlərdə Ermənistan (209 min) və Azərbaycan vətəndaşları (191 min) gəlir. Qonşu ölkəyə Türkiyədən, Ukraynadan və İrandan da gələnlərin sayı artıb.
İlk 7 ayda isə Gürcüstana 4 milyon turist səfər edib. Bu da Azərbaycanla müqayisədə 3,3 dəfə çoxdur. Gürcüstana iyul ayında gələn turistlərin sayı ilə Azərbaycana orta hesabla son 5 ay ərzində gələn turistlərin sayı eynidir.