Maraqla izlənilən "Game of Thrones" serialının növbəti bölümü vaxtından əvvəl internetə buraxılıb. Bu barədə "Telegraph" məlumat yayıb.
Abzas.net xəbər verir ki, 6 avgust, bazar günü təqdim olunmalı olan "Game of Thrones" serialının 7-ci sezonunun 4-cü seriyası vaxtından 2 gün əvvəl internetə buraxılıb.
Bölüm keyfiyyətsiz variantda təqdim olunub. Təxmin olunur ki, bölümün bu variantı hind televiziyası üçün hazırlanıb.
İyulun sonlarında məlum oldu ki, xakerlər "HBO" telekanalını sındırıblar və onların sözlərinə görə yarım terabayt həcmində məlumat oğurlayıblar. Xakerlər "Game of Thrones"-un yeni bölümündən əlavə "Football Players" və "Room 104" seriallarının da bir neçə epizodunu internetdə yayımlayıblar.
2015-ci ildə də "Game of Thrones"-un 5-ci sezonunun təqdimatına az müddət qalmış, xakerlər serialın ilk 4 bölümünü yayımlamışdılar.