Gənclər siyasi məhbuslarla bağlı kampaniya başladıb

Gənclər siyasi məhbuslarla bağlı kampaniya başladıb
28 Avqust 2017
Mətni dəyiş

Gənc fəallar siyasi məhbuslara azadlıq kampaniyası başladıb.  Bu barədə Abzas.netə gənc fəal Əbülfəz Qurbanlı məlumat verib. Əbülfəz Qurbanlı bildirib ki, siyasi məhbus problemi gündəmin daimi mövzusudur. Həm məhbusların sayı artır, həm də həbsxanalarda onlara ardıcıl qaydada təzyiq və işgəncələr verilir. Bu problemin həlli köklü dəyişikliklə birbaşa bağlıdır. "Aydındır ki, siyasi məhbusların müdafiə komitələri kimi fəaliyyətlər, hörmətli vəkillərimizin müdafiə işləri vacib və önəmlidir. Ümumilikdə siyasi məhbuslara hüquqi, siyasi, maddi - mənəvi dəstək avtoritar rejimə qarşı mübarizənin tərkib hissəsidir, əsas istiqamətlərindən biridir" - deyə Ə.Qurbanlı bildirib.  Onun sözlərinə görə, kampaniya sosial mediada- facebook və twitter üzərindən olacaq.  "Siyasi məhbuslarla bağlı sosial mediada- Feysbuk və Twitterdə #azadet #free kampaniyasının başladırıq. Kampaniyanın məqsədi hakimiyyətdən dostlarımıza azadlıq tələbidir. Kampaniyasının vəzifələri yerli ictimaiyyəti onlara dəstək olmağa cəlb etməkdir. Əcnəbi hüquq müdafiə təşkilatlarını, üzvlərini, siyasətçiləri Azərbaycandakı məhbus probleminə ardıcıl yanaşmağa səsləmək dir" - deyə gənc fəal bildirib.  Əbülfəz Qurbanlı deyib ki, kampaniya avqustun 30-u axşam saatlarına kimi davam edəcək.  "Kampaniya ayın 30-u axşama qədər davam edəcək. Hər kəsi Twitter və Feysbukda #azadet #free haştağları ilə yazmağa çağırırıq" - deyə Əbülfəz Qurbanlı əlavə edib. 

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun