NİDA Vətəndaş Hərəkatı və bir qrup gənc siyasi məhbusları "Azadet" kampaniyası başladıblar.
Kampaniya artıq həm yerli həm də Beynəlxalq ictimayyətin maraq dairəsinə düşə bilib. Kampaniyanın təşkilatçılarından biri Əbülfəz Qurbanlı Abzas.netə bildirib ki, kampaniya Feysbuk üzərindən yerli ictimayyət üçün nəzərdə tutulsa da, Twitter üzərindən beynəlxalq ictimayyət üçün nəzərdə tutulub. Onun sözlərinə görə, məqsəd yerli və beynəlxaq ictiməyyətin diqqətini Azərbaycanda siyasi həbslərə və həbslərdən sonra həbs edilmiş siyasi məhbuslara həbsxanada edilən təzyiqlərə yönəltməkdir. Qurbanlı bildirib ki, müəyyən qədər nəticələr əldə olunub. "Siyasi məhbusları "Azadet" kampaniyası 2014-cü ildə də baş tutub. O vaxt da gündəmin əsas mövzusu siyasi məhbuslar olmuşdu. Bu gün də müəyyən qədər buna nail olmuşuq. Hələ kampaniya bitməyib, davam edir. Bundan sonra da bu xarakteri kampaniyalar olacaq" - deyə Qurbanlı bildirib. Kampaniyaya dəstək verən Beynəlxalq nüməyəndələrdən biri də, Beynəlxalq araşdırmaçı Kati Piridir. O öz Twitter hesabında haştagın əhatə dairəsinə düşən yerlərin xəritəsini paylaşaraq "Azərbaycandan azad haştag kampaniyası olan #azadet-in növbəti günün haştag analitikası" - deyə qeyd edib. Məlumata görə, "azadet" haştagı Twitterdə Azərbaycan üzrə ən çox istifadə edilən haştaglar arasında "TOP 5"liyə düşüb. Bundan əlavə, bir çox siyasi təşkilatların, partiyaların gənclər komitələri də kampaniyaya dəstək verdiklərin bildiriblər. Təkcə Feysbuk üzərindən minlərlə insan haştağdan istifadə edərək siyasi məhbuslara azadlıq tələb edib. Bir çox gənc fəallar, jurnalistlər, hüquqşünaslar və s də kampaniyay dəstək olublar. Kampaniyanın təşkilatçıları məlumat veriblər ki, 30 avqust (Bu gün) saat 13:00-da Müsavat Partiyasının qərargahında "Azadet!" kampaniyası ilə bağlı geniş tədbir var. İctimayyət və media nümayəndələri dəvətlidir. Azərbaycanda 100-dən çox siyasi və ictimai fəal həbs edilib. Onlar öz həbslərinin siyasi sifarişlə həyata keçrildiyini bildirirlər. Bir çox yerli və Beynəlxalq təşkilatlar da bu şəxsləri siyasi məhbus hesab edir. Azərbaycan prezidenti və ona yaxın adamlar isə, dəfələrlə çıxışlarında bildiriblər ki, Azərbaycanda fikrinə, əqidəsinə, siyasi mənsubiyyətinə görə heç kəsə təzyiq edilmir, həbs edilənlər faktiki cinayət əməllərinə görə həbs ediliblər. NİDA Vətəndaş hərəkatı və bir qrup gənc siyasi məhbuslara "free" "azadet" kampaniyasına başlayıblar. Onlar bu kampaniyayla yerli və beynəlxalq ictimayyətin diqqətini Azərbaycandakı siyasi məhbus probleminə yönəldəcəklərin deyiblər.