Bu gün 'siyasi məhbuslara azadlıq' tələbi ilə keçirilən 'Azadet' kampaniyası çərçivəsində forum baş tutub.
Abzas.net xəbər verir ki, tədbiri təşkialtçılardan biri müstəqil gənc siyasətçi Əbülfəz Qurbalı açıb. O, tədbirin əhmiyyətindən, məqsədlərindən danışıb.
Əbülfəz Qurbanlı bildirib ki, tədbirdə hüquq müdafiəçiləri, gənclər, siyasətçilər, məhbus ailələri, ABŞ və Almaniya səfirlikləri, media nümayəndələri iştirak edib.
Tədbirin təşkilatçılarından biri, Nida Vətəndaş Hərəkatının idarə heyətinin üzvü Ülvi Həsənli tədbirin əsas məqsədinin siyasi məhbuslara mənəvi dəstək olmaq və yerli, beynəlxalq ictimaiyyətin diqqətini yenidən bu məsələyə yönəltməkdir.
Çıxışçılar və tədbirin təşkilatçıları Azərbaycanda siyasi məhbus problemi davam etdikcə, bu kampaniyaların da davam edəcəyini bildiriblər.
Azərbaycanda 100-dən çox siyasi və ictimai fəal həbs edilib. Onlar öz həbslərinin siyasi sifarişlə həyata keçrildiyini bildirirlər. Bir çox yerli və Beynəlxalq təşkilatlar da bu şəxsləri siyasi məhbus hesab edir.
Azərbaycan prezidenti və ona yaxın adamlar isə, dəfələrlə çıxışlarında bildiriblər ki, Azərbaycanda fikrinə, əqidəsinə, siyasi mənsubiyyətinə görə heç kəsə təzyiq edilmir, həbs edilənlər faktiki cinayət əməllərinə görə həbs ediliblər.
Avqustun 28-də bir qrup gənc fəal siyasi məhbuslarla bağlı "free" "azadet" kampaniyasına başlayıblar.
Onlar bu kampaniyayla yerli və beynəlxalq ictimayyətin diqqətini Azərbaycandakı siyasi məhbus probleminə yönəldəcəklərin deyiblər.
[embed]https://www.facebook.com/MeydanTelevision/videos/1414827625230959/[/embed]