"Fitch" Venesuelanın defoltunu istisna etmir

"Fitch" Venesuelanın defoltunu istisna etmir
31 Avqust 2017
Mətni dəyiş

"Fitch" Beynəlxalq Reytinq Agentliyi Venesuelanın yerli və xarici valyutada uzunmüddətli kredit reytinqini "CCC" səviyyəsindən "CC"yə endirib. 

"Report" TASS agentliyinə istinadən xəbər verir ki, agentlik yaydığı açıqlamada Venesuelanın defolt olacağını da istisna etməyib.

"Fitch" Venesuelanın qısamüddətli yerli və xarici valyutada kredit reytinqini "C" səviyyəsində təsdiqləyib. Agentlik bildirib ki, ABŞ-ın 2017-ci il avqustun 25-dən Venesuelaya tətbiq etdiyi sanksiyalardan sonra ölkənin maliyyələşmə imkanları azalıb, bu da öz növbəsində müflisləşmə riskini artırıb. Həmçinin agentlik ölkənin qızıl-valyuta ehtiyatlarınının azalması səbəbindən borc öhdəliklərini zamanında yerinə yetirə bilməyəcəyini də istisna etmir.

Hazırda Venesuelada dolların rəsmi məzənnəsi 9,98 bolivar, "qara bazar"da isə 17 663 bolivar təşkil edir. Yəni "qara bazar"ın məzənnəsi rəsmi məzənnəni 1 770 dəfə üstələyir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun