Ermənistan Avropa Birliyi ilə tərəfdaşlıq sazişi imzalamağı planlayır

Ermənistan Avropa Birliyi ilə tərəfdaşlıq sazişi imzalamağı planlayır
23 Avqust 2017
Mətni dəyiş

Ermənistanın baş naziri Karen Karapetian deyib ki, onun hökuməti Avropa Birliyi və Ermənistan arasında əlaqələri dərinləşdirəcək sazişi imzalamaqda "olduqca qərarlıdır".

"Biz müqaviləni imzalayacağıq" -deyə, Karapetian avqustun 21-də Tsaghkadzor şəhərində hökumətyönlü gənclər düşərgəsinə səfər edərkən, jurnalistlərlə danışıb.

Azadlıq Radiosunun məlumatına görə, Hərtərəfli və Genişləndirilmiş Tərəfdaşlıq Sazişini (CEPA) Ermənistan və Avropa Birliyi rəsmiləri ilin martında Yeravanda tamamlayıblar. Sazişin Avropa Birliyinin noyabr ayında Brüseldə keçirəcək sammitində imzalanması gözlənilir.

4 il öndə Sarkisianın gözlənilməz addımı...

CEPA Assosiaya Sazişinə bir qədər az ambissiyası olan alternativdir. 2013-cü ildə Rusiya prezidenti Vladimir Putinin Yerevana səfərindən sonra Serzh Sarkisian gözlənilmədən razılaşmanı pozmuşdu.

2015-ci ildə Ermənistan Rusiyanın idarə etdiyi Avrasiya İqtisadi Birliyinə qoşuldu.

Son anda rəsmi Yerevan CEPA-dan imtina edə bilərmi? Karapetioan bu sualı belə cavablayıb:

"Müqavilənin qarşısını alacaq inkişaflar ola bilərmi? Onları bu anda görmürəm".

İyun ayında Ermənistanın parlamentinin Arvopaya İnterqrasiya komitəsindən Naira Zohrabian deyib ki, CEPA rəsmi Yerevan və Moskva tərəfindən müzakirə olunub. Ruisya sazişin imzalanmasına qarşı çıxmayıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun