Türkiyə prezidenti Recep Tayyip Erdoğanın Azərbaycana səfərinin təxirə salınması iş qrafikinin sıxlığı ilə bağlıdır.
Abzas.net xəbər verir ki, bu barədə Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral jurnalistlərə açıqlamasında bildirib.
Erdoğanın Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının 6-cı iclasında iştirakı çərçivəsində sentyabrın 10-11-də Azərbaycana səfəri planlaşdırılırdı.