Türkiyə prezidenti Recep Tayyip Erdoğan Azərbaycana səfər edəcək.
Abzas.net xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
Səfərin 10-11 sentyabr tarixlərində baş tutacağı bildirilir.
Türkiyə dövlət başçısının gələn ay baş tutacaq xarici səfərlərinin tarixi açıqlanıb. Erdoğan 21 avqustda İordaniyaya, 8-10 sentyabrda Qazaxıstana, 10-11 sentyabrda isə Azərbaycana səfər edəcək.