Dünya birjalarında neftin qiyməti aşağı düşüb

Dünya birjalarında neftin qiyməti aşağı düşüb
23 Avqust 2017
Mətni dəyiş

Dünya birjalarında neft ucuzlaşıb.

Abzas.net xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,14 dollar və ya 0,29% azalaraq 47,69 dollar təşkil edib.

ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri isə 0,19 dollar və ya 0,4% azalaraq 51,68 dollar olub.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun