Daha bir məmur övladı bahalı maşınla ölümlə nəticələnən qəza törədib

Daha bir məmur övladı bahalı maşınla ölümlə nəticələnən qəza törədib
28 Avqust 2017
Mətni dəyiş

Nərimanov rayon İcra Hakimiyyəti başçısının müavini Şahmar İbadovun oğlu Elmar İbadov ağır yol qəzası törədib. Bu barədə olke.az xəbər yayıb. 

Məlumata görə, hadisə avqustun 22-də Bakı şəhərində baş verib. Elmar İbadov idarə etdiyi "Range Rover" markalı avtomobillə yaşlı qadını vuraraq, hadisə yerindən qaçıb.

Hadisə nəticəsində qadının vəfat etdiyi bildirilir. Məlumata görə, hadisədən sonra Elmar İbadov polis tərəfindən saxlanılıb.

Azxeber.com-un xəbərinə görə isə, Elmar İbadov qəzanı "Range Rover" markalı avtomobillə törətdiyi yazılsa da, onun əslində 10-AC-100 markalı "Galandwagen" markalı maşına da sahib olduğu bilinir. Və onun bu maşınla şəhərdə daha çox hərəkət etdiyi deyilir.

[caption id="attachment_44948" align="aligncenter" width="1000"] Elmar İbadov[/caption]

Məlumata görə, Hadisənin ardından Elmarın "Instagram" hesabındakı maşın kolleksiyasında olan şəkilləri silinib.

Buna da baxın: “Qadının ölümünü avtomobil qəzasıyla bağlamaq olmaz”

Atası Şahmar İbadov Nərimanov rayonunda bir çox obyektlərə və iaşə məkanlarına sahibdir. İcra başçısının müavini hadisənin şişirdilməməsi üçün mətbuatda əlindən gələni edir ki, hadisə baş nazirin müavini Əli Həsənovun nəvəsi Nail Allahverdiyin törətdiyi qəza kimi geniş kütləyə çatmasın.
Bakı şəhər Dövlət Yol Polis İdarəsindən hadisə ilə bağlı rəsmi münasibət almaq cəhdlərimiz boşa çıxdı. Mətbuat xidmətinin telefonları zənglərimizi götürmədi.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun