Bu ilin ilk 7 ayı ərzində BTC ilə 15 mln. 577,521 min ton neft nəql olunub

Bu ilin ilk 7 ayı ərzində BTC ilə 15 mln. 577,521 min ton neft nəql olunub
2 Avqust 2017
Mətni dəyiş

Cari ilin iyul ayı ərzində Bakı-Tbilisi-Ceyhan (BTC) əsas ixrac boru kəməri vasitəsilə 2 mln. 403,234 min ton Azərbaycan nefti nəql olunub.

"SOCAR"-ın məlumatına görə, cari ilin yanvar-iyul aylarında bu kəmərlə 15 mln. 577,521 min ton neft ötürülüb. Ümumiyyətlə, kəmər istifadəyə verilən gündən bu il avqust ayının 1-ə qədər BTC-yə 337 mln. 115,583 min ton neft vurulub.

Bundan başqa, cari ilin iyul ayında BTC kəməri ilə 486,269 min ton Türkmənistan nefti nəql olunub.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun