Bu gün futbol üzrə Uefa Çempionlar Liqasının "play-off" mərhələsinin cavab qarşılaşması çərçivəsində "Qarabağ" Danimarkada "Kopenhagen"-in qonağı olacaq.
Abzas.net xəbər verir ki, "play-off"-a a vəsiqə qazanmaqla Azərbaycan futbolunda bir ilkə imza atan Ağdam təmsilçisi daha bir tarixi uğura çox yaxındır.
Belə ki, "Kopenhagen"-lə oyundan sərfəli nəticə ilə ayrılacağı halda "Qarabağ" Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanan ilk Azərbaycan klubu kimi tarixə düşəcək.
"Qarabağ"dan fəqrli olaraq "Kopenhagen" 4 dəfə bu turnirin qrup mərhələsinə vəsiqə qazanıb.
Bakıda keçirilən ilk qarşılaşmada "Qarabağ" 1:0 hesabı ilə qalib gəlib.
Danimarkanın paytaxtında yerləşən "Parken" stadionunda baş tutacaq "Kopenhagen" - "Qarabağ" oyunu saat 22:45-də start götürəcək.
Matç ispaniyalı hakim Alberto Undiano Mallenco tərəfindən idarə olunacaq.