Boliviya prezidenti İlham Əliyevi IV Qaz sammitinə dəvət edib

Boliviya prezidenti İlham Əliyevi IV Qaz sammitinə dəvət edib
18 Avqust 2017
Mətni dəyiş

Azərbaycan Prezidenti İlham Əliyev bu ilin noyabrın 20-dən 24-dək Boliviyada keçiriləcək Qaz İxrac Edən Dövlətlərin Forumunun IV Qaz Sammitində iştirak etmək üçün dəvət edilib.

Azərbaycan XİN-dən verilən məlumata görə, dəvət məktubunu Azərbaycanda səfərdə olan Boliviyanın xarici işlər naziri Fernando Uanakuni Mamani Azərbaycanın Baş naziri Artur Rasi-zadə ilə görüşdə təqdim edib.

Səfər çərçivəsində xarici işlər nazirləri Elmar Məmmədyarov və Fernando Uanakuni Mamani arasında təkbətək və geniş tərkibli görüş də keçirilib.

Görüşdə həmçinin nazirlər iki ölkə arasında müqavilə-hüquq bazasının genişləndirilməsinə dair fikir mübadiləsi apardılar və parlamentlərarası əməkdaşlığın təşviqinə dair razılığa gəliblər.

Nazirlər “Azərbaycan Respublikası Hökuməti ilə Boliviya Çoxmillətli Dövlətinin Hökuməti arasında diplomatik və rəsmi/xidməti pasportlara malik şəxslərin viza tələbindən azad edilməsi haqqında Saziş”i imzalayıblar.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun