“Azərbaycanın işğal olunmuş ərazilərindəki vəziyyət” və “GUAM məkanında dondurulmuş münaqişələr, onların sülh, beynəlxalq təhlükəsizlik və inkişaf üçün fəsadları” adlı qətnamə layihələri yenidən BMT Baş Assambleyasının 72-ci sessiyasının gündəliyinə salınıb.
Gündəliyin hələlik son versiyası təsdiqlənməyib.
Bildirilir ki, hər iki məsələ BMT Baş Assambleyasının 71-ci sessiyasının gündəliyində olsa da, müzakirəyə təqdim olunmadığı üçün ötən il olduğu kimi bu il də növbəti sessiyanın gündəliyinə daxil edilib.
BMT Baş Assambleyasının 72-ci sessiyası sentyabrın 12-25-də BMT-nin Nyu-Yorkda yerləşən mənzil-qərargahında baş tutacaq. Sessiya çərçivəsində ATƏT-in Minsk qrupunun həmsədrlərinin iştirakı ilə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü gözlənilir.