Bəxtiyar Hacıyev: 'DYP evakuatoru kobud şəkildə qaydanı pozub' [video]

Bəxtiyar Hacıyev: 'DYP evakuatoru kobud şəkildə qaydanı pozub' [video]
16 Avqust 2017
Mətni dəyiş

Bakıda avtomobilləri cərimə meydançasına aparan evakuatorun qaydaları kobud şəkildə pozması ilə bağlı ictimai fəal Bəxtiyar Hacıyev video yayıb.

Abzas.net xəbər verir ki, Bəxtiyar Hacıyevin bildirdiyinə görə, qadağan olunmuş yoldan keçmək istəyən yol polisi əməkdaşına və evakuator sürücüsünə bu barədə iradını çatdırsa da, vəziyyət dəyişməyib. Evakuator elə həmin yoldan getməkdə israr edib.

İctimai fəal dəfələrlə polis əməkdaşına “giriş qadağandır” nişanını xatırlatsa da, evakuatora yol vermək istəməsə də, yaxınlıqdakı polis əməkdaşı ondan yol verməsini tələb edib.

Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Vaqif Əsədov məsələyə münasibətiti bildirib:

[caption id="attachment_5538" align="aligncenter" width="960"] Bəxtiyar Hacıyev[/caption]

“Qanun hər kəs üçündür. Kimliyindən asılı olmayaraq, bu tələbləri yerinə yetirməlidir. Söhbət yol hərəkətində hərəkət üstünlüyünə malik nəqliyyat vasitələrindən gedirsə, bu başqa bir məsələdir. Əgər yol polisi nizamlayıcı qismində göstəriş verirsə, təbii ki, yol polisinin siqnalları, yəni yol polisi tərəfindən verilən siqnallar, göstərişlər birmənalı şəkildə yerinə yetirilməlidir".

DYP sözçüsü bildirib ki, həmin video ilə tanış deyil, evakuatorun hərəkəti ilə bağlı yol polisi özü şərait yaradırsa, təbii ki, digər hərəkət iştirakçıları da onun hərəkətinə yol verməlidir.

"Yol polisinin iştirakı ilə, göstərişi ilə avtonəqliyyat vasitəsi hər hansı formada hərəkət edirsə, bu qəbulediləndir. Tutaq ki, evakuator deyil, başqa bir maşındır, hamısına aiddir. Polis artıq burada nizamlayıcı qismində olur. Bəxtiyar Hacıyev bu qanunları sizdən də, məndən də gözəl bilir. Təkrar edirəm, videoya dəqiq baxmamışam, görməmişəm deyə dəqiq şərh verə bilmirəm. Daha dəqiqini videoya baxdıqdan sonra demək olar”.

[embed]https://www.youtube.com/watch?v=hkMUUA4h9c0&feature=youtu.be[/embed]

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun