Azərbaycanın xarici dövlət borcu 7 mlrd. 172,6 mln. dollar təşkil edib

Azərbaycanın xarici dövlət borcu 7 mlrd. 172,6 mln. dollar təşkil edib
25 Avqust 2017
Mətni dəyiş

01 iyul 2017-ci il tarixinə Azərbaycan Respublikasının xarici dövlət borcu 7 milyard 172.6 milyon ABŞ dolları (12 milyard 208.5 milyon manat), xarici dövlət borcunun Ümumi Daxili Məhsula (ÜDM) olan nisbəti 18.9 faiz təşkil etmişdir.

Abzas.net xəbər verir ki, bu barədə Maliyyə Nazirliyi məlumat verib.

Borca hökumətin birbaşa öhdəlikləri və dövlət zəmanətilə cəlb edilmiş kreditlər üzrə şərti öhdəliklər daxil edilmişdir.

Xarici dövlət borcu əsasən beynəlxalq maliyyə institutlarının kredit proqramlarından və infrastruktur layihələrindən, həmçinin beynəlxalq maliyyə bazarlarında yerləşdirilmiş qiymətli kağızlardan ibarətdir.

01 yanvar 2017-ci il tarixinə Azərbaycan Respublikasının xarici dövlət borcu 6 milyard 913.2 milyon ABŞ dolları (12 milyard 241.3 milyon manat), xarici dövlət borcunun Ümumi Daxili Məhsula (ÜDM) olan nisbəti 20.4 faiz təşkil etmişdi.

01 iyul 2016-cı il tarixinə Azərbaycan Respublikasının xarici dövlət borcu 7 milyard 638.6 milyon ABŞ dolları (11 milyard 758.9 milyon manat), xarici dövlət borcunun Ümumi Daxili Məhsula (ÜDM) olan nisbəti 20.0 faiz təşkil etmişdi.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun