Azərbaycanda vaxtı keçmiş kreditlər bu il iyulun 1-nə 1 810,7 mln. manat təşkil edib.
Azərbaycan Mərkəzi Bankının məlumatına görə, bu, iyunun 1-i ilə müqayisədə 4,1% və yaxud 70,9 mln. manat çoxdur.
İlin əvvəlinə nisbətən problemli kreditlər 338,1 mln. manat və yaxud 23%, son 1 ildə isə 270,9 mln. manat və yaxud 17,6% artıb.
İyunun sonuna vaxtı keçmiş kreditlərin ümumi kredit portfelində payı 13%, mayın sonuna 11,8%, ötən ilin sonuna 9%, ötən il iyunun sonuna isə 8,4% təşkil edib.