Vaxtilə Azərbaycanın, indi isə Türkiyənin şərəfini qoruyan azərbaycanlı atlet Ramil Quliyev Londonda keçirilən Dünya çempionatında 200 metr məsafəyə qaçışda 20.09 saniyə nəticə ilə dünya çempionu olu oldu.
Özü də qalib gələndə Türkiyə bayrağı ilə yanaşı Azərbaycan bayrağını da qaldırıb və bunun onun çoxtankı arzusu olduğunu deyib.
Ramil Quliyev 1990-cı il mayın 29-da Bakıda doğulub.
2007-2011-ci illərdə Azərbaycanın, 2011-ci ildən bu yana isə Türkiyənin şərəfini qoruyur.
Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə 2011-ci ildə Lent.az-a müsahibəsində onu 'fərari' adlandırmış, demişdi ki, "qayıtsa da onu qəbul etməyəcəyik".
“Bu adam qaçıb, fəraridir. Fərari ilə nə etmək olar? Hara qayıdır o? Bilir ki, qayıtsa, əsgərliyə getməlidir.
Cingiz Hüseynzadə həmin müsahibəsində, gələcəkdə Azərbaycanda Ramildən də yaxı idmançılar yetişəcəyini demişdi: "O, göydən düşməmişdi, Azərbaycanda yetişmişdi, azərbaycanlı məşqçilər yetişdirmişdi. Yenə ölkəmizdə yeni, ondan da yaxşı idmançılar yetişəcək. Allah qoysa, daha güclü atletlərimiz olacaq. Amma bir adam ki, qaçmaq istəyir, onu zorla saxlamağın adı yoxdur” deyə Çingiz Hüseyinzadə həmin vaxt müsahibəsində bildirmişdi.
Azərbaycan Milli Olimpiya Komitəsi hələ ki, Ramil Quliyevin qələbəsinə münasibət bildirməyib.