Azərbaycan İpoteka Fondu nizamnamə kapitalını 19% artırır

Azərbaycan İpoteka Fondu nizamnamə kapitalını 19% artırır
22 Avqust 2017
Mətni dəyiş

Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) “Azərbaycan İpoteka Fondu” ASC-nin (AİF) yeni səhm emissiyasını dövlət qeydiyyatına alıb.

“Report” xəbər verir ki, emissiya hər birinin nominal dəyəri 1 manat olan 58 761 329 ədəd səhmin dövriyyəyə buraxılmasını nəzərdə tutur. Son nəticədə AİF-in nizamnamə kapitalı 19,13% artaraq 307,239 mln. manatdan 366 mln. manata çatdırılacaq.

Kapital artımı Prezident İlham Əliyevin imzaladığı “Azərbaycan Respublikasında ipoteka kreditləşməsinin bəzi məsələləri haqqında” 22 iyun 2016-cı il tarixli fərmanında nəzərdə tutulub.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun