Avropa İttifaqının (Aİ) xarici əlaqələr və təhlükəsizlik üzrə ali nümayəndəsi Federika Mogerini Aİ-nin Azərbaycan nümayəndəliyinə yeni rəhbər təyin edib.
Yeni səfir litvalı Kestutis Jankauskas-dır. Diplomat bundan əvvəl Aİ-nin Gürcüstanda monitorinq missiyasının rəhbəri olub.
Kestutis Jankauskas bu vəzifədə Malena Mard-ı əvəzləyəcək. O, Aİ-nin Azərbaycandakı nümayəndəliyinə 2014-cü ildən rəhbərlik edib.
XatırlatmaAvropa İttifaqı öz know-how, resurs və taleyini tədricən bir-biri ilə əlaqələndirmək qərarına gəlmiş 28 üzv dövlətdən ibarətdir. Aİ əldə etdiyi tərəqqini, sabitlik və təhlükəsizliyi öz qonşuları ilə bölüşmək öhdəliyini götürüb.
Avropa İttifaqında Lissabon Sazişi 2009-cu ilin dekabr ayında qüvvəyə minmiş və Avropa İttifaqının həyatına əhəmiyyətli dəyişikliklər gətirmişdir.
Sazişin əsasında unikal Avropa diplomatik korpusu yaradılmışdır. Bu korpusa, o cümlədən Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinə Aİ-nı təmsil etmək mandatı verilib. 2009-cu ildə Avropa İttifaqı Şərqi Avropa regionu üçün uzun müddətli iddialı siyasət olan Şərq Tərəfdaşlığı (ŞT) təşəbbüsünü işə salıb.