Apellyasiya Məhkəməsi Gözəl Bayramlının şikayətini təmin etməyib

Apellyasiya Məhkəməsi Gözəl Bayramlının şikayətini təmin etməyib
30 Avqust 2017
Mətni dəyiş

Bu gün Bakı Apellyasiya Məhkəməsində "AXCP"-nin sədr müavini Gözəl Bayramlının ev dustaqlığına buraxılması ilə bağlı apellyasiya şikayətinə baxılıb.

Abzas.net xəbər verir ki, hakim Həsən Əhmədovun sədrliyi ilə keçirilən iclasda, məhkəmə Gözəl Bayramlının şikayətini təmin etməyib və birinci instansiya məhkəməsinin çıxardığı qərarı qüvvədə saxlayıb.

XATIRLATMA

Gözəl Bayramlı mayın 25-i Gürcüstandan Azərbaycana keçərkən sərhəd keçid məntəqəsində saxlanılıb. Daha sonra, Dövlət Sərhəd Xidməti məlumat yayıb ki, onun sumkasına baxış keçirilərkən bəyan edilməmiş 12 min ABŞ dolları aşkar edilərək götürülüb.

Mayın 26-sı Səbail rayon məhkəməsinin qərarı ilə, onun haqqında 3 ay həbs qətimkan tədbiri seçilib.

Gözel Bayramlı və AXCP ittihamları qəbul etmir və bildirirlər ki, bu iş quramadır və bir-başa Azərbaycan Xalq Cəbhəsinə qarşı təzyiq üsuludur.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun