Tanınmış tarixçi Altay Göyüşov keçmiş bəzi post-sovet ölkələrindəki situasiya və oranın Azərbaycandakı vəziyyətlə müqayisəsi haqda sosial şəbəkədə fikirlərini bölüşüb.
Tarixçinin fikirlərinə görə, Qazaxstanda yeni tendensiya ondan ibarətdir ki, hətta yerli ruslar da uşaqlarını qazax məktəblərinə göndərməyə başlayıblar. Deyir ki, Azərbaycan demokratik cəmiyyət quruculuğunda Qırğızıstandan, dövlət quruculuğunda Qazaxstandakı tendensiyalardan, yerli istehsalda isə Özbəkistandan geri qalır.
"İndi Cümhuriyyət qurucularının hələ də vətəndən kənarda olan məzarları çatlayır ki, bir vaxt müsəlman dünyasının avanqardına çevirdikləri bir məmləkət müstəqillik dövründə, həmin müstəqilliyin əldə edilməsi üçün əlini ağdan qaraya vurmayanlar tərəfindən bu günə qoyulub".
Tamamilə sıradan çıxarılmaq üçün hücumlar davam etdirilirAltay Göyüşov bildirir ki, Azərbaycanın Orta Asiyadan hələ də irəlidə olduğu bir amil var, o da despotizmin basqısı qarşısında hələ də sözünü deməkdə davam edən, lakin repressiyalar səbəbilə az saylı dissident təbəqəsinə çevrilmiş demokratik vətəndaş cəmiyyəti quruculuğu tərəfdarlarının olmasıdır.
"Lakin diktatura bu son qabaqcıl sahəmizin, yəni vicdanlı ictimai xadimlərin, müstəqil jurnalistlərin, barışmayan gənc fəalların, daimi basqı altında olan, zəiflədilmiş demokratik müxalifətin tamamilə sıradan çıxarılması üçün hücumlarını davam etdirir".
Tarixçinin sözlərinə görə, əslində bu, Azərbaycanı məhv etmək ssenarisidir ki, bu hökumət və onun arxasında duran beynəlxalq irtica tərəfindən həyata keçiriilir.