"ABŞ Şimali Koreyanın düşmanı deyil, lakin KXDR ABŞ üçün təhlükədir" - Tillerson

"ABŞ Şimali Koreyanın düşmanı deyil, lakin KXDR ABŞ üçün təhlükədir" - Tillerson
2 Avqust 2017
Mətni dəyiş

ABŞ hökuməti Şimali Koreyada rejim dəyişikliyi etməyə can atmır, Pxenyanın silah proqramına görə yaranmış gərginlik fonunda ABŞ-ın dövlət katibi bildirib.

"Biz sizin düşməniniz deyilik", - Rex Tillerson deyib və əlavə edib ki, ABŞ hansısa mərhələdə dialoq istəyirdi.

Bu arada yüksək rütbəli bir Respublikaçı senator cənab Trump-ın Şimali Koreya ilə müharibəyə gedəcəyini ehtimal edən bir variantın olduğunu deyib.

Pxenyan, sınadığı sonuncu raketinin ABŞ-ın qərb sahilləri və onun hüdudlarından kənarı da vura biləcəyini bəyan edib.

"Biz rejim dəyişikliyinə çalışmırıq, biz rejiminin dağılmasını istəmirik, biz yarımadasının sürətli birləşməsi üçün çalışmırıq, biz 38-ci paralelin şimalına hərbçilərimizi göndərmək üçün bəhanə axtarmırıq," deyə cənab Tillerson Koreyalar arası sərhəd barədə danışıb.

"Biz sizin düşməniniz deyilik, biz sizin təhlükəniz deyilik, amma siz bizə qəbuledilməz təhlükə yaradırsınız və biz cavab verməliyik" - ABŞ dövlət katibi vurğulayıb.

Cümə günü Şimali Koreya lideri Kim Jong-un tərəfindən bayram kimi qeyd edilən qitələrarası ballistik raketin ikinci sınağı BMT-nin qadağalarına rəğmən keçirilən son sınaq idi.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun