Rusiyanın baş naziri ABŞ-ın Rusiya əleyhinə tətbiq etdiyi yeni sanksiyaları ölkəsinə qarşı "tammiqyaslı ticarət müharibəsinin elanı" kimi dəyərləndirib.
Dmitri Medvedev deyib ki, Donald Trump-ın imzaladığı yeni qanun ABŞ prezidentinin iqtidarsızlığını nümayiş edir və onun ABŞ Kongresi tərəfindən alçaldıldığını bildirib.
Sanksiyaların məqsədi Rusiyanın Krımı işğal etməsi və 2016 ABŞ prezident seçkilərinə iddia olunan müdaxiləsinə görə cəzalandırmaqdır.
Cənab Trump Kongresin qanun layihəsinin qəbul etməklə səlahiyyətini aşmaqda təqsirləndirib.
Çərşənbə günü Amerikanın Rəqiblərinə Qarşı Sanksiyalarla Mübarizə qanununu imzaladıqdan sonra, cənab Trump bəyanat verərək, sanksiyaların "çox qüsurlu" olduğunu deyib.
Yeni qanunun digər xüsusiyyəti Congress-dən icazəsiz prezidentin sanksiyaları yüngülləşdirmək və ya ləğv etmə səlahiyyətinin kəskin şəkildə məhdudlaşdırmasıdır.
Yeni qanun amerikalıların Rusiyada enerji layihələrinə qoyulan yatırımların həddini məhdudlaşdırır və ABŞ şirkətlərinin Rusiyada fəaliyyət göstərməsini çətinləşdirir.
Sənəd Şimali Koreya və İrana qarşı da yeni sanksiyaları nəzərdə tutur.
İran yeni sanksiyaların Barack Obama administrasiyasının İranla əldə etdiyi nüvə sazişini pozduğunu və "müvafiq və proporsional" şəkildə cavab verəcəyini deyib, İsna xəbər agentliyi bildirir.
Şimali Koreya hələ sanksiyalara qarşı münasibətini rəsmən bildirməyib.
"Qeyri sistemik oyunçu"
Cənab Medvedev Facebook-da "möcüzə" olmadan sanksiyaların onillikərlə qüvvədə qalacağını deyərək qeyd edib.
Qanun "yeni ABŞ administrasiyası ilə əlaqələrimizin təkmilləşdirilməsinə dair ümidlərə son qoyub", Rusiya hökumətinin rəhbəri deyib.
Qanunun tənqidindən ayrıca, cənab Medvedev bundan sonra ABŞ-da prezident Trump-ı vəzifəsindən uzaqlaşdırmağa yeni addımların atılacağına dair xəbərdarlıq verib.
Donald Trump-ı "qeyri-sistem oyunçu"su adlandıran baş nazir sanksiyalara baxmayaraq Rusiyanın öz iqtisadiyyatını inkişaf etdirməyə davam edəcəyini qeyd edib.
Rusiya yeni sanksiyalara cavab olaraq ABŞ səfirliyinin Rusiyada fəaliyyət göstərən 755 işçisinin ABŞ-a qayıtmasına göstəriş verib.
ABŞ Congress-ində hər iki partiya tərəfindən dəstəklənən layihə, keçmiş prezident Barack Obama-nın 35 Rusiya diplomatını ölkədən qovma qərarından bir neçə ay sonra qəbul olunub.
Almaniya daxil olmaqla, bir çox avropa ölkəsi yeni sanksiyalarla bağlı narahatlıqlarını bildirmişdilər.
Lakin Avropa Komissiyası prezidenti Jean-Claude Juncker Avropa ittifaqının narahatlıqlarının ifadə edildiyindən sonra qanun layihəsinin yumuşuldulmasının müsbət qarşıladığını deyib.
Respublikaçı senator Lindsey Graham yeni qanunu tərifləyərək Congress-dəki çoxluğun prezidentin vetosundan üstün olduğunu və bu səbəbdən cənab Trump-ın bu barədə seçimi olmadığını deyib.
"Prezident Putin Amerikada başqa heç kəsin bacarmadığı bir şeyə nail oldu. O, Congress-i birləşdirdi", cənab Graham CNN-ə deyib.
Rusiyalı deputat Konstantin Kosaçev prezident Trump-ın Congress-ə qarşı mübarizə aparmadığı üçün onun "təslim" olduğunu deyib.