Yevlax Rayon Mərkəzi Xəstəxanasında baş verən yanğın davam edir. Bu barədə Report agentliyi məlumat yayıb.
Məlumata görə, 40-a yaxın xəstə, o cümlədən uşaqlar alovun sıx əhatə olduğu ərazilərdə qalıb. Onların xilas edilməsində ciddi problemlər var. Yanğının genişlənməsinin təxliyyə prosesini çətinləşdirdiyi bildirilir.
Xəstəxanaya gedən bütün yollar bağlanılıb. Yalnız xidmət avtomobilləri hərəkət edə bilir.
Yanğın xəstəxana binasının dam örtüyündən başladığı bildirilir. Yanğın zamanı xəstəxananın Cərrahiyyə şöbəsinə üç xəstə əməliyyat masasında olub və həmin xəstələr dərhal təcili tibbi maşınları ilə Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb.
Hadisə yerinə FHN-in 4 yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb olunub. Hazırda yanğının söndürülməsi istiqamətində işlər görülür.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin Yevlax rayon Dövlət Yanğından Mühafizə Hissəsinin əməkdaşları cəlb olunub.