"Yehova şahidləri" dini icmasının üzvlərinin MTN-ə qarşı şikayətləri təmin edilməyib

"Yehova şahidləri" dini icmasının üzvlərinin MTN-ə qarşı şikayətləri təmin edilməyib
1 İyul 2017
Mətni dəyiş
Bakı Apellyasiya Məhkəməsində ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyitərəfindən həbs edilən "Yehova Şahidləri" dini sektasının üzvləri İrina Zaxarçenko və Validə Cəbrayılovanın apellyasiya şikayətlərinə baxılıb.
APA-nın məlumatına görə, məhkəmə şikayəti təmin etməyib.
Qeyd edək ki, adıçəkilən şəxslər qanunsuz olaraq dini ədəbiyyat paylamaqda təqsirləndirilərək Pirallahı rayon Məhkəməsinin qərarı ilə 7 min manat cərimələniblər. Lakin onlar istintaq dövründə 11 ay həbsdə qaldıqları üçün hakim cəriməni ləğv edib və 2016-cı ilin yanvar ayında İ. Zaxarçenko ilə V. Cəbrayılova məhkəmə zalından azadlığa buraxılıblar. Onlar həbsdən çıxdıqdan sonra Səbail rayon Məhkəməsinə müraciət edərək Dövlət Təhlükəsizlik Xidmətinə qarşı iddia qaldırıblar və həbs olunmalarına görə dövlət qurumundan maddi və mənəvi zərərin ödənilməsini tələb ediblər.
Məhkəmə sekta üzvlərinin iddiasını rədd edib. Onlar qərardan apellyasiya şikayəti verib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun