Xarici KİV və hərbi attaşelər Alxanlıya gediblər

Xarici KİV və hərbi attaşelər Alxanlıya gediblər
6 İyul 2017
Mətni dəyiş

Azərbaycanda akkreditasiya olunmuş xarici KİV nümayəndələrinin, hərbi attaşeləri iyulun 4-də Füzuli rayonunun Alxanlı kəndinin erməni silahlı bölmələri tərəfindən atəşə tutulması nəticəsində yaralanmış Sərvinaz Quliyevaya baş çəkiblər.

Abzas.net xəbər verir ki, səfər Azərbaycan Xarici İşlər Nazirliyi, Müdafiə Nazirliyi, Baş Prokurorluğu və Füzuli Rayon İcra Hakimiyyəti tərəfindən təşkil olunub.

KİV nümayəndələri və diplomatlar hospitalda müalicə olunan S. Quliyevanın səhhəti ilə maraqlanıb, hadisə barədə ondan məlumat alıblar.

İyulun 4-də saat 20:40 radələrində Ermənistan silahlı qüvvələri Füzuli rayonunun Alxanlı kəndini minaatanlardan və qumbaraatanlardan atəşə tutub.

Hadisə nəticəsində kənd sakinləri - 1967-ci il təvəllüdlü Quliyeva Sahibə İdris qızı və onun nəvəsi, 2015-ci il təvəllüdlü Quliyeva Zəhra Elnur qızı həlak olublar.  1965-ci il təvəllüdlü Quliyeva Sərvinaz İltifat qızı isə yaralanıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun