Almaniyanın xarici işlər naziri Gabriel Zigmar Berlin - Ankara münasibətləri ilə bağlı türklərə müraciət edib.
Abzas.net xəbər verir ki, Almaniyanın xarici işlər naziri Gabriel Zigmar türk vətəndaşlara və türk kökənli alman vətəndaşlara açıq müraciətlə çıxış edib.
Nazir bildirib ki, Almaniya hakimiyyəti öz vətəndaşının həbsinə biganə qalmayacaq:
"Almanlar və türklər arasında dostluq bir dəyərdir. Lakin hal-hazırda Türkiyədə günahsız Almaniya vətəndaşlarını həbs edirlər. Biz Almaniya rəhbərliyi olaraq heç bir tədbir görmədən durub bunu kənardan müşahidə edə bilmərik. Biz öz vətəndaşlarımızı qorumalıyıq".
Həmçinin Zigmar bu məsələnin Türkiyə vətəndaşlarına və türk kökənli Almaniya vətəndaşlarına aidiyyatı olmadığını bildirib.
"Bəli, biz Türkiyə ilə münasibətlərə yenidən baxacağıq, lakin bu heç bir halda Türkiyə vətəndaşlarını və türk kökənli Almaniya vətəndaşlarını narahat etməməlidir. Çünki bu onlara yönəlik bir addım olmayacaq" - deyə XİN başçısı vurğulayıb.
Bir müddət öncə Zigmar Almaniya hökümətinin Türkiyə ilə münasibətləri və Türkiyəyə edilən iqtisadi yardımı yenidən nəzərdən keçirəcəyini açıqlamışdı.
Buna səbəb Almaniya vətəndaşı olan hüquq müdafiəçisi Peter Steudtner-in Türkiyədə terrora dəstəkdə ittiham olunaraq həbs olunub.