Azərbaycan Respublikası Dövlət Neft Fondu (SOFAZ) valyuta hərracı ilə bağlı açıqlama yayıb.
Abzas.net xəbər verir ki, Dövlət Neft Fondu tərəfindən valyuta hərraclarında 2017-ci ilin iyun ayı ərzində 373,2 milyon ABŞ dolları məbləğində vəsait satılıb.
Mövzu ilə bağlı iqtisadçı ekspert Qubad İbadoğlu bildirib ki, son aylar manatın dollara nəzərən məzənnəsində sabitlik hökm sürsə də bu inzibati xarakter daşıyır.
"Valyutaya tələbat yenidən və kəskin artmağa başlayıb"
[caption id="attachment_2846" align="aligncenter" width="1280"] Qubad İbadoğlu[/caption]"Əslində ötən aylarda dollara tələbat və onun satışı müntəzəm olaraq artır. Manat yenə çətin durumdadır. Dövlət Neft Fondunun (DNF) son açıqlamasına görə, bu ilin iyununda DNF valyuta hərraclarında 373,2 milyon dollar satıb, halbuki aprel ayında bu göstərici 220 milyon, may ayında 250 milyon dollar olub".
Ekspert deyib ki, göründüyü kimi ötən ay ondan 2 ay əvvəllə müqayisdədə dollara tələbat 41 faiz, 1 ay əvvələ nisbətən isə 33 faiz artıb və valyuta bazarında bir o qədər də çox dollar satılıb.
"Bu isə o demədkir ki, valyuta tələbat dinamikası müsbətdir və artım davam edəcək, nəticədə manat yenə də devalvasiya uğrayacaq. İqtisadiyyatın sadə tələb və təklif qanunu bu məntiqi sübut etmək üçün yetərlidir", - deyə Q.İbadoğlu bildirib.