5 İyul 2017
Mətni dəyiş
Ukraynanın Odessa vilayətində yerləşən "Svitanok" neft bazasında güclü yanğın baş verib.
"Oil News" agentliyinin məlumatına görə, adıçəkilən bazada SOCAR və digər şirkətlərin neft məhsulları saxlanılır.
Hazırda neft bazasının personalı təxliyə olunur.
Fövqəladə Hallar Komissiyasının yerli bölməsi yanğının baş verdiyini təsdiqləyib. Qurumdan verilən məlumata görə, hadisə yerinə yanğınsöndürmə briqadaları cəlb olunub.
"Dumskaya" portalı isə yazır ki, neft bazasının ərazisində yanacaq daşıyan avtomobil partlayıb. Partlayış nəticəsində bir neçə nəfərin yaralandığı deyilir.
SOCAR-ın Ukraynadakı törəmə müəssisəsinin mətbuat xidmətinin açıqlamasında isə deyilir ki, yanğın OKKO şirkətinə məxsus olan yanacaq daşıyan avtomobilin partlaması nəticəsində meydana gəlib: "Neft bazasının rezervuarları və çənləri xəsarət almayıb. Yaralılara ilkin tibbi yardım göstərilib".