Ukrayna bu il Azərbaycandan 161 mln. dollarlıq neft alıb

Ukrayna bu il Azərbaycandan 161 mln. dollarlıq neft alıb
7 İyul 2017
Mətni dəyiş
Bu ilin ilk yarısında Ukrayna Azərbaycandan 161,4 mln. ABŞ dolları həcmində xam neft idxal edib. Ukrayna KİV-nin məlumatına görə, bu barədə Dövlət Maliyyə Xidmətinin məlumatında qeyd olunub. Azərbaycandan nəql Ukraynanın ümumi neft idxalının 88,3%-ni təşkil edib. Ukrayna Qazaxıstandan isə 15,5 mln. dollar həcmində neft alıb. Ümumilikdə, I yarımillikdə Ukrayna 1,9 mlrd. dollar məbləğində xam neft və neft məhsulları idxal edib. Hesabat dövründə idxal olunan neftin dəyəri 182,7 mln. dollar, neft məhsullarının dəyəri isə 1,746 mlrd. dollar təşkil edib. Hesabat dövründə Ukrayna Belarusdan 903,5 mln. dollar, Rusiyadan 416,5 mln. dollar, Litvadan 151,3 mln. dollar məbləğində neft məhsulları idxal edib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun