Avropa Parlamenti Türkiyənin Avropa İttifaqına üzvlüyü ilə bağlı rəsmi müzakirələrin təxirə salınmasını nəzərdə tutan raportu qəbul edib.
Abzas.net Türkiyə KİV-inə istinadən xəbər verir ki, Türkiyə üzrə məruzəçi, hollandiyalı Kati Piri tərəfindən hazırlanan raport 477 səslə təsdiqlənib. Sənəddə Türkiyədə 16 aprel referendumunda qəbul olunan Konstitusiya dəyişiklikləri qüvvəyə minərsə, Ankara ilə aparılan üzvlük müzakirələrinin dərhal və rəsmən təxirə salınması üçün Aİ dövlətləri Avropa Komissiyasına çağırış əksini tapıb.
Hesabatda Türkiyənin Avropa İttifaqına üzvülüyü ilə bağlı müzakirələrin dayandırılmasına çağırış edilib.
Avropa Parlamentinin 751 üzvü var.