Türkiyənin Ədliyyə Nazirliyi "Gülənçilər"lə bağlı xüsusi iclas keçirib.
Abzas.net “Hürriyet”-ə istinadən xəbər verir ki, ədliyyə naziri Bəkir Bozdağın rəhbərliyi ilə keçirilən iclasda əsas müzakirə mövzusu təşkilata qarşı mübarizənin maliyyə məsələləri olub.
Ədliyyə naziri Fətullah Gülənin təşkilatının bütün maliyyə qaynaqlarının nəzarətdə olduğunu bildirib.
“Təşkilat iqtisadi cəhətdən çökdürülüb. 966 şirkət nəzarət altındadır. Bu şirkətlərə məxsus ümumi dəyəri 48.5 milyard türk lirəsi (təxminən 14 milyard dollar) olan 4888 daşınan və daşınmayan əmlaka həbs qoyulub. Təşkilatın əsas maliyyə təminatı Türkiyədən olub. Məktəblərdən, pul transferindən gələn gəlirlərin qarşısı alınıb. Bu, təbii ki, kənardakı qaynaqlara da təsir edəcək”, - deyə, Bəkir Bozdağ bildirib.