Türkiyədə ədalət yürüşündə 17-ci gün

Türkiyədə ədalət yürüşündə 17-ci gün
1 İyul 2017
Mətni dəyiş
Ədalət yürüşündə İstanbula qalan məsafə azaldıqca insanların sayı da artır. Yürüşün 17-ci günündə yürüşə qatılanların sayı 20 min nəfər çatıb. Yürüşə qatılanların sayı hər ötən gün artır. İnsan kortejinin uzunluğu azı 7km-ya çatıb. Abzas.net xəbər verir ki, saat 11:-00-da yürüşə fasilə verilib. Bu zaman yürüşə qatılanların sayı dəqiqləşməyə başlayıb. CHP-li Mahmut Tanal bildirib ki, yürüşə 20 min insan qoşulub, kortejin uzunluğu isə 7km-dir. Yürüş davam edir. Yürüşə İhsan Eliaçık, Mustafa Sarıgüllə birlikdə 17 baroya aid 300 vəkil də qoşulub. Yürüşdə 1011 metrəlik (10 noyabr üçün xüsusi hazırlanmış) böyük Türkiyə bayrağı açılıb. Yürüşə Türkiyənin tərəfdar qrupları da qoşulub. CHP lideri K.Kılıçlaroğlu mətbuata açıqlama verib: “17-ci günümüzə başladıq. Yenə gözəl bir gündür. Günəş gözəldir və ədalət yürüşümüz davam edir. Allahın yaratdığı kainatın içərisində bir bərabərlik, ədalət vardır. Bu ədaləti və bərabərliyi pozan da çox təəssüf ki, insan oğludur. Biz istəyirik ki, ədalət hissini yeddidən-yetmişə hər kəs qəbul etsin. Heç kəs dini, irqi ayrıseçkiliyə yol verməsin, mehribancasına rahat yaşayaq. Bunun təməl yolu ədalətdir, ədalətdir, ədalətdir!” – deyə K.Kılıçlaroğlu bildirib. Alaniyadakı meşə yanığınına da toxunun Kılıçlaroğlu qısa müddətdə qarşısının alınmasını, təbiətə, quşa, heyvana göstərilən qayğının ağaclara da göstərilməli olduğunu bildirdi. “Meşələrin olmadığı bir ölkədə rahat yaşaya bilmərik. Bir ağacda baharda çiçək açmasının insana verdiyi əsintiyi, gözəlliyi asan-asan başqa şeydə hiss etmək olmaz. Onun üçün ədalət üçün yürüş edirik, birlikdə yürüyürük. Məni tək buraxmayan, ədalət üçün darıxan, müdafiə edən bütün dostlarıma, fərqli siyasi partiyalardan dostlarıma, heç bir siyasi partiya üzvü olmayan vətəndaşlarıma, ümumilikdə bu ədalət yürüşünə dəstək verən hər kəsə ürəkdən təşəkkür edirəm. Hər birin var olun, sağolun. Yolumuza davam edirik, ədalət üçün, ədalət üçün!” – deyə K.Kılıçlaroğlu bildirib. Açıqlamadan sonra CHP lideri Kamal Kılıçlaroğlu yürüşə davam edib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun