Yeni sorğu ABŞ prezidentinin popuyarlıq reytinqinin yaz aylarından sonra daha da düşərək, 36 faizə endiyini göstərir.
"Washington Post" qəzeti və "ABC News" teleşirkətinin keçirdiyi sorğuya əsasən, Donald Trump-a dəstək səviyyəsi aprel ayında 42 faizdən 36 faizə enib. Bununla yanaşı, prezidentin işindən narazı olanların sayı 58 faizə çatıb. Respondentlərin 48 faizi prezidentin işindən “son dərəcə narazı” olduqlarını bildirib.
"Washington Post" qəzetinin bildirdiyinə görə, keçmiş prezidentlər Bill Clinton və Barack Obaman-ın reytinqi heç vaxt bu həddə düşməyib və yalnız George Bush oğul ikinci dönəm hakimiyyətdə olduğu zaman belə reytinqə malik olub.
ABŞ əhalisinin demək olar yarısı - 48 faizi hesab edir ki, Trump-ın prezidentliyi dövründə ölkənin dünyada mövqeyi zəifləyib. Əhalinin yalnız 27 faizi Amerikanın gücləndiyini düşündüyünü bildirib.
[caption id="attachment_40604" align="aligncenter" width="960"] ABŞ prezidenti Donald Trump və Rusiya prezidenti Vladimir Putin Almaniyada Hamburqda Böyük 20-lərin sammiti çərçivəsində görüş zamanı[/caption]Rusiya və etibar
Amerikalıların 48 faizi Trump-ın xüsusilə də Rusiya prezidenti Vladimir Putin-lə danışıqlarına dair suala cavab verərkən Trump-a “ümumiyyətlə, inanmadıqlarını” bildirib.
Sorğu "The New York Times" qəzetinin Donald Trump oğulun və onun atasının prezident kampaniyasının bəzi rəsmilərinin demokrat namizəd Hillary Clinton haqda kompromat informasiya ötürməyə söz verən rusiyalı vəkillə görüşü haqda məlumat verməsindən sonra keçirilib.
Sorğuda iştirak edən 10 amerikalıdan 6-sı bu görüşün yersiz olduğunu hesab etdiyini bildirib. Sorğu iştirakçılarının dörddə biri isə bunu məqsədəuyğun hesab edib. Respublikaçıların demək olar yarısı da görüşün məqsədəuyğun olduğunu bildirib.
[caption id="attachment_40605" align="aligncenter" width="960"] Prezident seçilmiş Donald Trump dekabr ayında İndiana ştatının İndianapolis şəhərində Carrier zavodunu ziyarət edən zaman - (AP Photo/Evan Vucci)[/caption]İqtisadiyyat
Trump-ın iqtisadi təklifləri ilə bağlı sorğu iştirakçılarının fikirləri demək olar bərabər şəkildə bölünüb. Respondentlərin 43 faizi prezidentin iqtisadi təkliflərini bəyəndiyini, 41 faizi isə bəyənmədiyini bildirib. Trump eyni zamanda, sorğu iştirakçılarının Demokrat partiyasının sadəcə prezidentə müxalif olmaqdan başqa heç bir məsələ ilə məşğul olmadığı haqda fikirlərindən də yararlanıb.
Donald Trump-ın prezidentliyinin bu şəkildə qiymətləndirilməsi Obama və Bush-un prezidentliyindən fərqlənir. Hər iki keçmiş prezidentin hakimiyyətdə olduğu bu dövrdə populyarlıq reytinqi 59 faiz təşkil edib.
"Washington Post" qəzeti yazır ki, Trump-ın populyarlıq reytinqi keçmiş prezident Bill Clinton-un 1993-cü il iyun ayında popuyarlıq reytinqinin 43 faiz olduğu dövrə bənzəyir. Clinton fevral ayında vergilərin artırılması planını elan etmişdi və Ağ Evin səfərlərlə məşğul olan şöbəsinin əməkdaşlarını işdən çıxardığına görə tənqidlərlə qarşılaşmışdı.