ABŞ prezidenti Donald Trump milli təhlükəsizlik naziri John Kelly-ni Ağ evin aparatına rəhbər təyin edib.
Abzas.net xəbər verir ki, bu barədə ABŞ lideri öz "Twitter" hesabında məlumat verib.
"General-nazir John Kelly-ni Ağ evin aparatına rəhbər təyin etdiyimi sizə məmnuniyyətlə bildirməl istəyirəm. O, yaxşı amerikalı və ala liderdir. John Milli Təhlükəsizlik Nazirliyində öz işini yüksək səviyyədə görürdü. O, mənim administrasiyamın əsl ulduzudu", - deyə Ağ ev rəhbəri bildirib.
Trump Kelly-dən əvvəl bu postu tutan Reince Priebus-a öz təşəkkürünü bildirib:
"Xidmətlərinə və ölkəsinə sadiqliyinə görə Reince Priebus-a təşəkkürümü bildirmək istəyirəm. Biz bir yerdə çox şeyə nail olmuşuq. Mən onunla fəxr edirəm".
John Kelly nazir psotunu tərk etdikdən sonra, onun vəzifələrini 31 yaşlı nazir müavini Elen Duyk icra edəcək.