Azərbaycan Xalq Cəbhəsi Partiyasının üzvü Huseynov Fizuli barəsində 1 sutkadır xəbər yoxdur. Bu barədə saytımıza AXCP Gənclər Komitəsinin fəalı Həzi Bəy məlumat verib.
Abzas.net xəbər verir ki, Füzuli Hüseynovun aksiya adı ilə evdən çıxıb və bundan sonra yaxınları ondan xəbər ala bilmir.
Siyasi fəal bildirib ki, bir sutkadır Füzuli Hüseynovdan xəbər yoxdur. Füzuli Hüseynov dünən səhər saatlarında evdən "aksiya" adı ilə çıxıb, indiyə qədər hələ də bir xəbər yoxdur.
Füzuli Hüseynov 9 iyulda öz facebook səhifəsində "heykəl məhbusu" Qiyas İbrahimova verilən işgəncələrlə bağlı təkbaşna etiraz aksiyası keçirəcəyini yazıb.
Həzi Bəy ehtimal edir ki, F.Hüseynovu həbs ediblər.
XatırlatmaFüzuli Hüseynov buna qədər 2 dəfə təkbaşına "Siyasi Məhbuslara Azadlıq" şuarı ilə aksiya keçirib.
İlk aksiyada polis tərəfindən saxlanılıb və xəbərdarlıq edilərək buraxılıb.
İkinci aksiya zamanı saxlanılıb, Nəsimi Rayon Məhkəməsinin qərarı ilə 200 manat cərimə edilib.