İyulun 10-da Səbail rayon məhkəməsinin qərarı ilə Azərbaycan Xalq Cəbhəsi Partiyasının üzvü Füzuli Hüseynov 10 gün müddətinə azadlıqdan məhrum edilib.
Abzas.net xəbər verir ki, partiya fəalı jurnalistlərə məhkəmədən sonra polis maşınına mindirilərkən "polisin qanuni tələblərinə tabe olmamaqda" təqsirli bilindiyini deyib.
Füzuli Hüseynov iyulun 9-da sosial şəbəkədə vicdan məhbusu Qiyas İbrahimova işgəncələrə etiraz olaraq aksiya keçirəcəyini açıqlayıb. Ondan sonra evdən çıxıb və 1 gün barəsində məlumat alınmayıb. İyulun 10-da onun Bakının Səbail rayonu ərazisində saxlanıldığı məlum olub.
XatırlatmaFüzuli Hüseynov bundan öncə iyunun 19-da Bakıda metronun "28 May" stansiyası qarşısında "Siyasi məhbuslara azadlıq!" şüarı qaldırararq təkbaşına aksiya keçirib. O, polisə tabe olmamaq ittihamı ilə 200 manat cərimə edilib. Qərarı iynun 20-də Nəsimi Rayon Məhkəməsində hakim Babək Pənahov qəbul edib.
Maraqlıdır ki, F.Hüseynov eyni yerdə və eyni şüarla may ayında da təkbaşına aksiya keçirib.